RƏSMİ SƏNƏDLƏR


MOZAMBİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JOAKİM ALBERTU ÇİSSANOYA

Hörmətli cənab Prezident, 

Ölkənizin cənubunda baş vermiş dəmir yolu qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2002-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin