Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MOZAMBİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JOAKİM ALBERTU ÇİSSANOYA

Hörmətli cənab Prezident,

Mozambik Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün Mozambik xalqını səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafı xalqlarımızı bir-birinə yaxınlaşdıracaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin