DÜNYA


M.SAAKAŞVİLİ RUSİYADAN SABİQ QUBERNATOR L.MAMALADZENİ QAYTARMAĞI XAHİŞ EDƏCƏK

AZƏRTAC-ın müxbirinin verdiyi xəbərə görə, prezident seçilən Mixail Saakaşvili yanvarın 16-da Tbilisidə bildirmişdir ki, “Gürcüstan Rusiyadan Kvemo Kartli bölgəsinin sabiq qubernatoru Levan Mamaladzenin qaytarılmasını xahiş edəcəkdir”.

1994-cü ildən 2003-cü ilin oktyabrınadək həmin bölgənin qubernatoru işləyən 36 yaşlı L.Mamaladze sabiq prezident Eduard Şevardnadzenin başçılıq etdiyi “Yeni Gürcüstan uğrunda” blokunun 10 ən nüfuzlu nümayəndəsindən biri sayılırdı. Şevardnadzenin istefasından sonra o, ölkədən getmiş və Moskvada Gürcüstan teleşirkətlərinin müxbirlərinə verdiyi müsahibələrdə bildirmişdir ki, Rusiyaya təhsilini davam etdirmək məqsədi ilə gəlmişdir.

Xatırladaq ki, bu yaxınlarda Gürcüstan Baş Prokurorluğu Mamaladzeni rüşvət almaqda və böyük məbləğdə dövlət vəsaitni mənimsəməkdə təqsirləndirərək, ona qarşı cinayət işi qaldırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.