SİYASƏT
MSK 2 MİLYARD MANAT VƏSAİTƏ QƏNAƏT ETMİŞDİR
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov AZƏRTAC-ın müxbirinə demişdir ki, prezident seçkiləri üçün dövlət büdcəsindən MSK-ya ayrılmış 22 milyard manat vəsaitin 2 milyard manatına qənaət olunmuş və həmin vəsait artıq dövlət büdcəsinə qaytarılmışdır.
Seçkilərdə 5 faizlik baryeri aşa bilməyən prezidentliyə namizədlərin onlara ayrılmış vəsaiti onlar hökmən geri qaytarmalıdırlar. Əgər həmin namizədlər bu vəsaiti könüllü qaytarmasalar, MSK məhkəməyə müraciət edəcəkdir.
Məzahir Pənahov onu da bildirmişdir ki, MSK 2 nəfər üzvü Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkəyə yola düşmüşdür.