DÜNYA
MSK Moldovada keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiq edib
Kişineu, 19 iyul, AZƏRTAC
Moldova Mərkəzi Seçki Komissiyası iyulun 11-də ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bundan sonra Moldova Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarı gözlənilir.
MSK-nın qərarına əsasən Moldova Prezidenti Maya Sandunun rəhbərlik etdiyi “Fəaliyyət və Həmrəylik” partiyası seçicilərin 52,8 faizinin səsini toplayıb. Bu Moldovada keçirilən parlament seçkiləri tarixində ən yüksək göstəricidir.
Bundan sonra Moldovanın sabiq prezidenti İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyası isə 27,17 faiz səslə ikinci yerdədir. Yəhudi əsilli iş adamı İlan Şorun rəhbəri olduğu partiya 5,74, digər tanınmış iş adamı, həm də Rusiya vətəndaşı Renato Usatıyın partiyası isə 4,10 faiz səs toplayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]