DÜNYA


MSK Ukraynada ən aktiv və passiv seçki dairələrinin siyahısını açıqlayıb

Kiyev, 21 aprel, AZƏRTAC 

Ukraynada prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 15:00-a olan nəticəyə görə, Mərkəzi Seçki Komissiyasının son hesablamalarına əsasən seçici fəallığı 45,26 faiz təşkil edib. Bu da seçkilərin birinci turunun analoji vaxtı ilə müqayisədə artıqdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, seçicilərin aktivliyi saat 12:00-dan sonra artıb. Dneprpetrovsk vilayətində seçicilərin 50,90, Poltovada 50,37, Xarkovda 48,18, Nikolayev vilayəti 48,33, Kiyevdə 46,14, Lvovda 40,12 faizi səs verib. Ən zəif seçici aktivliyi Zakarpatya vilayətində qeydə alınıb – 29,64 faiz.

Qeyd edək ki, seçkilərin ikinci turunda prezidentlik uğrunda namizədlər Vladimir Zelenski ilə Petro Poroşenko mübarizə aparırlar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.