CƏMİYYƏT


MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib

Bakı, 17 yanvar, AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

AZƏRTAC secki-2020.az saytına istinadla xəbər verir ki, Komissiyanın bu gün keçirilən iclasında mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub. “Azad Azərbaycan” televiziyası, “Real” Təhlil İnformasiya Mərkəzi (“Real” TV), “Report” İnformasiya Agentliyi, “Gündəlik Teleqraf” və Mətbuat Şurasının nümayəndələri MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibinə daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.