SİYASƏT


MSK-nın iclasında 19, 40, 31 saylı seçki dairələri ilə bağlı müraciətlərə baxılıb

Bakı, 25 fevral, AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının fevralın 25-də keçirilən iclasında 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədlərin müraciətinə baxılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, müraciətlər eyni məzmunlu olduğundan bir icraatda birləşdirilir. Elektron məlumat daşıyıcılarında olan görüntülərin yoxlanılması nəticəsində 4, 13, 19, 21, 22, 29, 30, 34 saylı seçki məntəqələrində səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi aşkarlanıb. Təqdim edilən protokolların araşdırılması zamanı isə 1 və 2 saylı seçki məntəqələrindən təqdim edilən protokollar arasında fərqlər aşkarlanıb. Təklif edirəm ki, bu seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin.

MSK müraciəti müzakirəyə çıxarıb və 10 seçki məntəqəsi (1, 2, 4, 13, 19, 21, 22, 29, 30, 34 saylı seçki məntəqəsi) üzrə səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

İclasda, həmçinin 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədlərin şikayətlərinə baxılıb. MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırma nəticəsində həmin dairənin 4 və 6 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif olunub ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilsin. MSK müraciəti müzakirəyə çıxarıb, 4 və 6 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

Daha sonra 31 saylı Suraxanı ikinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb

MSK katibi Arifə Muxtarova məlumat verib ki, müraciətdə qeyd edilib ki, həmin dairə üzrə bir neçə seçki məntəqəsində qanun pozuntuları baş verib. “Namizəd müraciətinə 25 ədəd protokol, 12 məntəqə üzrə videogörüntülər və bir neçə akt təqdim edib. Təqdim edilən 25 protokolda seçicilərin iradəsinə təsir edəcək hər hansı hal müşahidə edilməyib. Təqdim edilən videogörüntülərə baxış keçirərkən yalnız 13 və 26 saylı seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hal aşkarlanıb. Ona görə də təklif edirəm ki, bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilsin”, - deyə MSK katibi bildirib.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.