ORDU
MSN-in nümayəndə heyəti “MILEX-2019” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tədbirə ev sahibliyi edən Belarus Respublikasının stendini ziyarət edib və bu ölkənin Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko, eləcə də MSN-in stendini ziyarət edən Serbiya müdafiə nazirinin maddi ehtiyatlar üzrə köməkçisi Nenad Miliradovic ilə görüşüb.
MSN-dən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə ölkələrimiz arasında hərbi-texniki sahədəki mövcud əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Nenad Miliradovic sərgidə MSN tərəfindən nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.
Sərgidə nazir müavini Y.Musayev Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin 15 illik yubiley medalı ilə təltif olunub.