MƏDƏNİYYƏT


MSTİSLAV ROSTROPOVİÇƏ ABŞ SƏSYAZMA AKADEMİYASININ MÜKAFATI TƏQDİM EDİLMİŞDİR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə bildirilir ki, ABŞ-ın Mİllı İncəsənət və Səsyazma Texnikası Akademiyası musiqi mədəniyyətinə əvəzolunmaz töhfəsinə və fədakar humanitar fəaliyyətinə görə maestro Mstislav Rostropoviçi mükafata layiq görmüşdür. Mükafat fevralın 20-də Nyu-Yorkun ən dəbdəbəli “Uoldorf-Astoriya” mehmanxanasında təqdim olunmuşdur. 

Akademiyanın prezidenti Nil Portnou mükafatı təqdim edərək, maestronun daim başqalarına kömək etməyə çalışdığını xüsusi vurğulamışdır. Rusiyada uşaq səhiyyəsinin inkişafına yönəldilmiş Vişnevskaya-Rostropoviç Fondu buna parlaq misaldır.

Klassik musiqi sahəsində qazanılmış nailiyyətlərin qiymətləndirilməsi olan bu mükafatın təqdim edilməsi ABŞ musiqi dünyasının ən nüfuzlu mükafatı olan “Qremmi” mükafatının təqdimat mərasimindən əvvəl keçirililən tədbirlərdən biridir. Həmin təmtəraqlı mərasim isə fevralın 23-də Nyu-Yorkda keçiriləcəkdir. Artıq beş dəfə “Qremmi” mükafatı laureatı adına layiq görülmüş Mstislav Rostropoviç həmin mükafata yenə də namizəd irəli sürülmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.