MƏDƏNİYYƏT


M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada metodik tövsiyə hazırlanıb

Bakı, 28 yanvar, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Könüllülər ili” ilə əlaqədar metodik tövsiyə hazırlanıb.

AZƏRTAC xəbər verir ki, metodik tövsiyədə könüllü, könüllülüyün tarixi və könüllülük fəaliyyəti haqqında məlumat verilib, könüllülük hərəkatının müxtəlif təlim və istiqamətlər üzrə inkişafı qeyd edilib.

Metodik tövsiyədə qeyd olunub ki, Azərbaycanda könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

“Könüllülər ili” ilə əlaqədar hazırlanan metodik tövsiyədə, həmçinin Yasamal rayon Mərkəzi Kitabxanası və kitabxana filiallarında il ərzində keçirilməsi zəruri olan tədbirlər öz əksini tapıb.

Bunların arasında “İİV/QİÇS-ə Stop” kampaniyası, Qarabağ cəbhəsindən gələn məktubların toplanması, “Başqasına kömək et – sənə də kömək edərlər” adlı tədbirlərin təşkili, “Dünyanı xeyirxahlıq xilas edəcək” stendlərin hazırlanması, “İstedadlar axtarırıq” istedadlı uşaq və gənclərin dəstəklənməsi, habelə “Fövqəladə hallarda könüllülər” – mövzusunda mühazirənin təşkili və digər tədbirlər əks olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.