CƏMİYYƏT


MTRŞ beynəlxalq təşkilatları minalanmış ərazilərinin xəritələrini Azərbaycana verməsi üçün Ermənistana çağırış etməyə dəvət edib

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən AzTV kanalının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri Məhərrəm İbrahimov minaya düşərək həlak olub, bir neçə şəxs yaralanıb. Milli Televiziya və Radio Şurası həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının Kəlbəcərdə mina partlayışı nəticəsində həyatını itirmiş jurnalistlərlə bağlı bəyanatında deyilir.

Bildirilir ki, azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə çoxlu sayda mina yerləşdirilib. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olub və ya yaralanıb. Daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi prosesini Ermənistan həyata keçirmir.

Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi üçün Ermənistana çağırışlar etməyə dəvət edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.