ELM VƏ TƏHSİL
MÜƏLLİMLƏRİMİZ ABŞ-DA TƏCRÜBƏ KEÇƏCƏKLƏR
ABŞ-ın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) “2003-2006-cı illərdə Azərbaycanın orta məktəbləri üçün sosial fənlər, tarix, çoğrafiya, təbiətşünaslıq və vətəndaş təhsili sahəsində müəllim hazırlığı üzrə tədris proqramının inkişafı layihəsi” çərçivəsində respublikamızın 6 nəfər müəllim-təlimatçısı ABŞ-a yola düşüb. Təşkilatdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müəllimlərimiz Virciniya ştatının Corc-Meyson Universitetində keçiriləcək kurslarda iştirak etməklə bərabər təcrübə də keçəcəklər. Onlar ABŞ tədris təcrübəsinin məktəblərimizdə tətbiqi üçün “İctimai və sosial fənlər üzrə dərs modelləri” adlı iki dərs vəsaitinin hazırlanması üçün materiallar toplayacaqlar.