ELM VƏ TƏHSİL
MÜƏLLİMLƏR İNSTİTUTUNUN KOLLEKTİVİ PREZİDENT SƏRƏNCAMLARINI RAZILIQLA QARŞILAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, institutun rektor əvəzi Məmmədhənifə Musayev tədbirdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin və aspirantlara, ali, orta ixtisas, peşə məktəblərinin, peşə litseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması barədə imzaladığı sərəncamların kollektivdə dərin razılıq hissi ilə qarşılandığını bildirmiş, bunu elmə, təhsilə göstərilən qayğının daha bir təzahürü kimi dəyərləndirmişdir.
Yığıncaqda çıxış edənlər elm və təhsilimizin inkişafında görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açmış, alim və tələbələrə göstərilən dövlət qayğısına görə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Azərbaycan Prezidentinə müraciət qəbul edilmişdir.