ELM VƏ TƏHSİL
MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN MEMARI HEYDƏR ƏLİYEVƏ HƏSR EDİLMİŞ XATİRƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektor əvəzi, dosent Zemfira Məmmədova mərasimdə görkəmli dövlət xadimi, Prezident Heydər Əliyevin olduqca zəngin və mənalı, bənzərsiz ömür yolundan, müasir Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyaya tanınmasındakı tarixi xidmətlərindən danışmış, onun ideyalarının daim yaşayacağını bildirmişdir.
Universitetin nəzdindəki Gender Araşdırmaları Mərkəzinin müdiri Lidiya Rəsulova, professor Kamran İmanov və başqaları mərasimdə çıxış edərək respublikamıza rəhbərlik etdiyi son 34 il ərzində ümummilli liderimiz Heydər Əliyevin elm və təhsilimizin, mədəniyyətimizin, iqtisadiyyatımızın tərəqqisindəki əvəzsiz rolundan söhbət açmış, onun bəşər tarixində nadir, fenomen şəxsiyyətlərdən olduğunu söyləmişlər.
Natiqlər Heydər Əliyev siyasi kursunun onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdiriləcəyinə əmin olduqlarını vurğulamışlar.
Sonra məktəblilərin ifasında “Ölməz Heydərim” kompazisiyası göstərilmişdir.
Tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın dahi oğlu, Prezident Heydər Əliyevin məzarını ziyarət etmiş, əklillər qoymuşlar.