ELM VƏ TƏHSİL
“MÜASİR EKOLOGİYA” DƏRSLİYİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında əməkdar elm xadimi, professor Ələddin Əsgərov və dosent Eldar Hüseynovun yenicə çapdan çıxmış “Müasir ekologiya” dərsliyinin təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasimdə akademiyanın rektoru, akademik Məmmədtağı Cəfərov, Gəncə Regional Elm Mərkəzinin direktoru, professor Fuad Əliyev, Azərbaycan Ekologiya və Ətraf Mühitə Nəzarət Mərkəzinin Qərb zonası üzrə vitse-prezidenti Zaur Hümbətov və başqaları çıxış edərək yeni dərsliyin ekoloji kadrların hazırlanmasındakı əhəmiyyətindən danışmış, onun müəlliflərinə kitabla bağlı arzu və tövsiyələrini bildirmişlər.