ELM VƏ TƏHSİL
“MÜASİR İNCƏSƏNƏTİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) “Müasir incəsənətin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbiri ADRA-nın rektoru, akademik Ömər Eldarov açmışdır.
Təhsil nazirinin müavini Elmar Qasımov konfransın əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, konfransın materialları çap olunaraq ictimaiyyət arasında yayılacaqdır. Bir neçə ildən sonra akademiya maddi- texniki bazasına görə Azərbaycanın ən böyük ali məktəblərindən birinə çevriləcəkdir.
Sonra “Azərbaycan sənətşünaslığının müasir problemləri”, “Muzey işinin çağdaş problemləri”, “Beynəlxalq mədəni əlaqələrin aktual problemləri”, “Azərbaycan klassik ədəbiyyatı təsviri sənətdə”, “Müasir incəsənətin problemləri” və digər mövzularda məruzələr dinlənilmiş, çıxışlar olmuşdur.