SİYASƏT
“MÜASİR MİSİR VƏ AZƏRBAYCAN QADINI” MÖVZUSU MÜZAKİRƏ OLUNMUŞDUR
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, qurumun müdiri Seyid Ğanim, mədəniyyət attaşesi Samiyə Əbd əl-Həkəm Misir Ərəb Respublikası Prezidentinin xanımı Suzan Mübarəkin başçılığı ilə yaradılan Misir Qadınları Parlamentinin fəaliyyətindən söz açmış, onun təşəbbüsü ilə bu yaxınlarda Misirdə ilk dəfə olaraq ailə məhkəməsinin fəaliyyətə başlayacağını bildirmişlər. Həmin məhkəmənin əsas məqsədi ailə problemlərini vaxtında aradan qaldırmaqdır. Tədbirdə qeyd olunmuşdur ki, hazırda Misir qadınları Suzanna Mübarəkin başçılıq etdiyi Beynəlxalq Sülh Hərəkatı vasitəsilə sülh və əmin-amanlığın möhkəmləndirilməsi prosesində iştirak edirlər.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan danışmışdır. O, demişdir ki, qadınların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmışdır. Bizim müstəqil dövlətimizdə sivil qadın siyasəti həyata keçirilir.