İQTİSADİYYAT
MÜƏSSİSƏLƏRİN BORCLARI QRUPLAŞDIRILMIŞDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazirliyin sərəncamındakı müəssisələrin qiyməti dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərə görə büdcəyə, büdcədənkənar fondlara, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara borcları həmin müəssisələrin balansları əsasında qruplaşdırılmışdır.
Azərbaycan Prezidentinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borcların tənzimlənməsi haqqında” Fərmanının icrasını təmin etmək üçün nazirliyin yerli qurumlarının iştirakı ilə müəssisələrin siyahısı hazırlanmış və Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir.