DÜNYA
MÜFTİ İSMAYIL BERDİYEV RUSİYA MÜSƏLMANLARININ VAHİD TƏŞKİLATININ YARADILMASINI TƏKLİF EDİR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, o, həmin təklifi RF Prezidenti yanında dini birliklərlə qarşılıqlı fəaliyyət şurasının iclasında irəli sürmüş və xarici dini təşkilatların, missionerlərin Rusiya ərazisində fəaliyyətini məhdudlaşdırmağın zəruriliyini vurğulamışdır. Müfti əcnəbi din təbliğatçıları barəsində demişdir: “Onlar bizə nisbətən daha böyük maddi imkanlara malikdirlər və buna görə də sosial cəhətdən binəsib insanların qəlbini tədricən ələ alırlar”.
İ.Berdiyev xatırlatmışdır ki, bu quldurlar Çeçenistanda 20 imamı, Dağıstan müftisini qətlə yetirmişlər. Bu təcavüzlə əlaqədar tədbirlər görülməlidir.
Müfti demişdir ki, Rusiya müsəlmanları “ölkə prezidentinin qərarını, terror təhlükəsinin qarşısını almağa yönəldilmiş addımları tamamilə dəstəkləyirlər”. O, müsəlman antiterror, antiekstremizm mərkəzinin yaradılmasından, terror təhlükəsinin qarşısını almağa dair beynəlxalq konfrans çağırmaq planlarından da danışmışdır.