MƏDƏNİYYƏT


MUĞAM DÜNYANI FƏTH EDİR

Ecazkarlığı və möhtəşəmliyi ilə dünyanın ən böyük salonlarını riqqətə gətirən muğam əcnəbi musiqiçilərin də repertuarında yer tutur.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, “İpək Yolu” ansamblının yaradıcısı, məşhur violonçelçi Yo-Yo Ma azərbaycanlı bəstəkar Firəngiz Əlizadənin “Simli kvartet üçün muğam segahı” pyesini öz repertuarına daxil etmişdir. Bu əsər, həmçinin, ansamblın buraxdığı “Roma musiqisi” albomunda səslənəcəkdir.

Qeyd etmək lazımdır ki, Yo-Yo Ma dünyanın ən görkəmli violonçelçilərindən sayılır. Bu günədək onun 50 albomu çıxmış, bu toplular 14 “Qremmi” mükafatına layiq görülmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.