SİYASƏT
MÜHARİBƏ BAŞLAYACAĞI TƏQDİRDƏ IRAQ ƏHALİSİNİN ƏN AZI 600 MİN NƏFƏRİ QAÇQIN OLA BİLƏR
Müharibə olacağı təqdirdə İraqı ən azı 600 min qaçqın tərk edə bilər. Bu isə bölgədə humanitar fəlakətə səbəb olacaqdır. RİA “Novosti”dən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, bu bəyanatı Afinada BMT-nin qaçqınlar üzrə ali komissarı Ruud Lübers vermişdir.
Komissar bildirmişdir ki, İraq qaçqınlarının 80 faizi İran və Türkiyəyə üz tutacaq, qalanı isə Suriya və İordaniya ərazilərinə keçəcəkdir. Oaçqınların yerləşdirilməsi dünya birliyinin ümumi vəzifəsidir və bu işdə xüsusilə Avropa İttifaqı ölkələrinin köməyinə böyük ehtiyac olacaqdır. Qaçqınların yerləşdirilməsi, onların ərzaq və dava-dərmanla təmin olunması üçün maliyyə mənbələrinin müəyyənləşdirilməsi də vacib məsələdir.