DÜNYA


MÜNHEN HAVA LIMANINDA BİR QADIN SƏRNİŞİNDƏN 15 KİLOQRAM TİRYƏK TUTULMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Münhen beynəlxalq hava limanında gömrük xidmətçiləri qadın sərnişinin çamadanında məharətlə düzəldilmiş ikinci gizli alt qatdan 15 kiloqram tiryək çıxarmışlar.

Polisin məlumatına görə, həbs olunan 32 yaşlı kanadalı qadın narkobiznezçiləri əlaqələndirən, beynəlxalq axtarışda olan peşəkar kuryerdir. Ankaradan Madridə uçan qadının “yükünü” xüsusi təlim keçmiş it aşkar etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.