RƏSMİ XRONİKA


MÜQƏDDƏS GEORGİ KİLSƏSİ İLƏ TANIŞLIQ

Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri həmin gün Qax-İngiloy kəndindəki Müqəddəs Georgi kilsəsində oldular.

Kilsənin keşişi dövlətimizin başçısını, xanımını və qızını səmimiyyətlə qarşıladı, bildirdi ki, XIX əsrdə tikilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılmışdır. Kilsə həm də tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri kilsəyə daxil olub burada şam yandırdılar, Allaha dua etdilər.

Dövlətimizin başçısına məlumat verildi ki, Qax rayonunda 7 minə yaxın gürcü yaşayır. Onların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıqdan razıdırlar və Azərbaycan dövlətinin, Prezidentin siyasətini bəyənirlər.

Kilsənin keşişi görüşdən xatirə olaraq, Prezidentə İncil bağışladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin