MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
Azərbaycan Dövlət Pedaqoji Universitetində müqəddəs Ramazan bayramı münasibətilə keçirilən tədbirdə bir qrup imkansız tələbəyə maddi kömək göstərilmişdir.
Universitetin rektoru, professor Bəhlul Ağayev müstəqil Azərbaycan dövlətçiliyinin yaranmasında və inkişafında, milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, əziz bayram münasibətilə müəllim və tələbələri təbrik etmişdir.
Çıxış edən digər natiqlər bu il oktyabrın 15-də ölkəmizdə demokratik şəraitdə keçirilmiş prezident seçkilərində xalqımızın böyük əksəriyyətinin
görkəmli dövlət xadimi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs verdiyini vurğulamış, müqəddəs Ramazan bayramı ilə bağlı xoş arzularını çatdırmışlar.