RƏSMİ XRONİKA
MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ İFTAR SÜFRƏSİ AÇILMIŞDIR
DAĞ YƏHUDİLƏRİ İCMASININ RƏHBƏRİ SEMYON İXİİLOVUN ÇIXIŞI
Zati-müqəddəsləri şeyxülislam hacı Allahşükür Paşazadə!
Hörmətli qonaqlar!
İcazə verin, Azərbaycanda yaşayan yəhudilər adından Azərbaycanın, Qafqazın və bütün dünyanın müsəlmanlarını dini bayram – müqəddəs Ramazan münasibətilə təbrik edim, bütün xoş niyyətlərimizin və dualarımızın Allah tərəfindən qəbul olunmasını arzulayım.
O ki qaldı, Azərbaycandakı yəhudilərə, onlar Azərbaycan xalqının bir hissəsi olaraq bərabər hüquqlara malikdirlər. Azərbaycanda və Moskvada yaşayan bütün yəhudilər prezident seçkiləri zamanı mütəşəkkil surətdə seçki məntəqələrinə gəlir və öz seçimini edirdilər. Onlar bilirdilər ki, hörmətli İlham Heydəroviç seçkilərə boş təbliğat şüarları ilə deyil, konkret işlərlə gəlmişdir. O, Azərbaycan xalqı üçün artıq çox işlər görmüşdür. Biz əminik ki, çox hörmətli Heydər Əliyeviçin həyata keçirməyə imkan tapmadığı məsələləri Siz həll edəcəksiniz. Biz bu işdə Sizə kömək göstərməyə hazırıq.
Azərbaycanda 5 sinaqoq var. Bütün bu sinaqoqlarda dualar oxunur ki, ümdə məsələlərin həllində, iqtisadiyyatın inkişafında Tanrı Sizə yar olsun, Heydər Əliyeviçin tezliklə müalicəsini qurtarıb Vətənə dönməsi üçün Allah özü yardımçı olsun. O günü bütün ölkə səbirsizliklə gözləyir.