RƏSMİ XRONİKA


MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ İFTAR SÜFRƏSİ AÇILMIŞDIR

VATİKAN DÖVLƏTİNİN AZƏRBAYCANDAKI APOSTOL NUNSİSİ KLAUDİO QUCEROTTİNİN ÇIXIŞI

-Zati aliləri cənab Prezident!

Hörmətli qonaqlar!

Əziz dostlarım!

Mən şadam ki, sizin hamınız bu gün buraya yığışmısınız. Böyük məmnuniyyətlə Ramazan bayramında Zati-alinizə Roma Papası II Pavelin salamlarını və təbriklərini yetirirəm. Mən bunu etməkdən xoşbəxtəm. Çünki biz tarixi bir anda yaşayırıq. Bir neçə müddət bundan əvvəl Papa ilə Romada görüşərkən gördüm ki, o, beynəlxalq vəziyyətlə çox maraqlanır və bu, onu dərindən düşündürür. Onun səyləri də tükənməzdir. O, yorulmadan səy göstərir ki, bu cür münaqişələr dini münaqişələr kimi qələmə verilməsin. O, böyük səy göstərir ki, bu, nəinki dini qarşıdurma kimi göstərilməsin, həm də sivilizasiyaların qarşıdurması kimi büruzə verilməsin.

Son günlər bütün dinlərin nümayəndələri həyatlarını itirmiş yaxınları üçün dua edirlər. Onların göz yaşları bütün bəşəriyyət üçün çox güclü bir xəbərdarlıqdır. Bu hissləri cənab Prezident və şeyxülislam, sizlərə ifadə edirik. Elə bilirik, bunu etmək üçün buradan yaxşı bir yer yoxdur. Çünki, əslində, məhz burada tolerantlıq ideyaları həyata keçmişdir. Burada çox gözəl dostluq ab-havasında yaşamağımız buna sübutdur.

Cənab Prezident, biz bütün bunlara görə hər şeydən əvvəl Allaha minnətdarıq. Çünki O, öz nəzərlərini bu ölkənin üzərində daim saxlayır. Əlbəttə, biz Sizin atanıza öz minnətdarlığımızı bildirməliyik. Çünki o, Qafqazda olan qarışıq, həyəcanlı anlarda göstərdi ki, həm müxtəlif olmaq olar, həm də birlikdə olmaq olar. Biz tamamilə əminik və buna əsasımız var. Çünki Sizin indiyədək gördüyünüz işlər onu deməyə əsas verir ki, atanızın başladığı işi Siz layiqincə davam etdirəcəksiniz.

Buna görə bizə çox yaxın olan şeyxülislama da minnətdarlığımızı bildiririk. Onun nüfuzu bu ölkədə kifayət qədər güclüdür. Onun təsiri də bu ölkə üçün çox vacibdir ki, burada olan dözümlülük, münasibətlər axıra qədər saxlanılsın. Bu ev hamının dostluq evidir. Bu ev, əslində, onun ürəyinin evidir, yəni dostluq və qardaşlıq evidir.

Mən Roma Papasının adından bir daha demək istəyirəm ki, o, Azərbaycana olan səfərini həmişə böyük məmnuniyyətlə xatırlayır və səhhətinin zəif olmasına baxmayaraq, burada gördüyü qonaqpərvərlik onun yadındadır. Sizin hamınıza ən xoş arzularımı yetirir, sonsuz sülh, sabitlik, firavanlıq arzulayıram.

Cənab Prezident, Sizə liderliyiniz dövründə olduqca çoxlu sayda xoşbəxt dəqiqələr diləyirəm. Təki elə olsun ki, Siz bu ölkəyə atalıq qayğısı göstərəsiniz. Çox sağ olun.

X X X

Sonra dualar oxundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin