REGİONLAR
MÜSABİQƏLİ QRANTLAR PROQRAMI ÇƏRÇİVƏSİNDƏ 43 LAYİHƏ MALİYYƏLƏŞDİRİLİR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” üzrə 10 illik layihənin mühüm tərkib hissələrindən biri Müsabiqəli Qrantlar Proqramı və elmi sistemin islahatı yarımkomponentidir. Yarımkomponentin məqsədi mütərəqqi texnologiyaların özəl bölməyə sürətlə ötürülməsini təmin etməklə, fermer təsərrüfatlarının gəlirini artırmaq, milli kənd təsərrüfatı tədqiqatları sistemini müasirləşdirmək, onun səmərəliliyini artırmaqdır.
Proqram çərçivəsində 43 layihə maliyyələşdirilir. Buğda, qarğıdalı, noxud, pambıq, meyvə, üzüm, bitki mühafizəsi və heyvandarlıq üzrə 10-dan çox layihə artıq başa çatmışdır. Proqram çərçivəsində layihələr 9 təbii-iqtisadi bölgədə, 38 rayonda, 112 kənddə, 463 fermer təsərrüfatında 643 hektar sahədə həyata keçirilir.