DÜNYA
MÜSƏLMAN QADIN BRİTANİYA PARLAMENTİNİN LORDLAR PALATASINA SEÇİLMİŞDİR
AZƏRTAC Müstəqil İslam İnformasiya Agentliyinə istinadla xəbər verir ki, müsəlman qadın Britaniya parlamentinin Lordlar palatasının üzvü seçilmişdir. Bu palatanın tərkibində bundan əvvəl dörd müsəlman-per də (Leyboristlər Partiyasından) var idi.
48 yaşlı Kişvər Folknerin namizədliyi Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüşdür. Bu partiya müharibə əleyhinə çıxışları ilə ölkədə getdikcə daha çox dəstəklənir.
Kişvər Folkner Pakistanda doğulmuşdur. O, Böyük Britaniyaya 1973-cü ildə gəlmiş və 1986-cı ildə Liberal Demokrat Partiyasına üzv qəbul edilmişdir ki, bu da partiyanın müsəlman icmasında reytinqinin qalxmasına səbəb olmuşdur. Kişvər Lordlar palatasına seçilməsini Böyük Britaniyanın müsəlman vətəndaşlarının dövlət qarşısındakı xidmətlərinin etirafı kimi qiymətləndirir.