Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MÜSLÜM MAQOMAYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Bakı Şəhər İcra Hakimiyyəti Müslüm Maqomayevin yaşadığı binaya (Fikrət Əmirov küçəsi, 1) xatirə lövhəsinin vurulmasını təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhərində musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adının verilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin