MƏDƏNİYYƏT
MÜSTƏQİLLİYİMİZİN YAŞIDLARININ SƏRGİSİ
Yanvarın 30-da Beynəlxalq Əlaqələr Mərkəzinin “Azərbaycan dünyası” qalereyasında 10 yaşına qədər uşaqların rəsmlərindən ibarət “Müstəqilliyimizin yaşıdları” mövzusunda sərginin açılış mərasimi olmuşdur.
“Azərbaycan dünyası” qalereyasının 5 illik yubiey tədbirləri çərçivəsində keçirilən bu sərgidə 30 uşağın müxtəlif mövzularda 60-dan artıq rəsmi nümayiş etdirilir. Onların arasında Yaponiyada keçirilən 2-ci Kanaqala ümumdünya uşaq sərgi- müsabiqəsinin xüsusi mnkafatını, gümüş medalını, sertfikatını almış Günay Bəylərovanın, keçirilmiş “Bütün dünyanın uşaqları” rəsm sərgisinin gümüş medalçısı Nigar Səlişovanın, Nərgiz Bədəlovanın işləri diqqəti daha çox cəlb edir.
Mərkəzin prezidenti, xalq şairi, Nəbi Xəzri, Rəssamlar İttifaqı İdarə Heyyəti sədrinin müavini Ağəli İbrahimov qalereyanın müdiri, əməkdar rəssam Arif Hüseynov və başqaları mərasimdə çıxış edərək, Azərbaycan rəssamlıq məktəbinin layiqli davamçılarının yetişdirilməsində, uşaqlar arasında təsviri sənətə meylin artırılmasında belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurguladılar.
Sərgi fevralın 15-dək davam edəcəkdir.