ELM VƏ TƏHSİL
“MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov tədbiri açaraq, ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil Azərbaycan dövlətinin demokratik inkişafının dönməz xarakter almasından, ölkəmizin inkişafında keyfiyyətcə yeni olan indiki mərhələnin, müasir şəraitdə Azərbaycanda dövlət idarəçiliyinin aktual problemlərinin öyrənilməsinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən zənginləşdirilərək, uğurla davam etdirilir. Respublikamız bütün istiqamətlər üzrə dinamik inkişaf edir, yeni-yeni perspektivlər müəyyən olunur.
Məhz bu məsələlərə həsr olunmuş elmi konfrans sonra üç bölmədə işini davam etdirmişdir. Bölmələrdə dövlətçiliyimizin müasir inkişaf mərhələsinin hüquqi-siyasi aspektləri, ölkəmizdə dövlət idarəçiliyinin, həyata keçirilən xarici siyasətin inkişaf perspektivləri və mövcud problemlər geniş müzakirə olunmuşdur.