Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN AÇIQ ELMİ-TEXNİKİ İNFORMASİYAYA SƏRBƏST ÇIXIŞI VƏ HƏMİN İNFORMASİYANI MÜBADİLƏ ETMƏSİ QAYDASI HAQQINDA” SAZİŞİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin açıq elmi-texniki informasiyaya sərbəst çıxışı və həmin informasiyanı mübadilə etməsi qaydası haqqında” 1998-ci il sentyabrın 11-də Moskva şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin