İQTİSADİYYAT
MÜŞTƏRƏK MÜƏSSİSƏLƏR VƏ ƏMƏLİYYAT ŞİRKƏTLƏRİ FEVRAL AYINDA 72,3 MİN TON NEFT ÇIXARMIŞDIR
Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə müqavilə əsasında işləyən müştərək müəssisələr və əməliyyat şirkətləri tərəfindən 2004-cü ilin fevral ayında 72,3 min ton neft hasil olunmuşdur. Bu da proqnozdan 13 min ton artıq, aylıq tapşırığı isə 121,9 faiz yerinə yetirmək deməkdir.
ARDNŞ-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu qurumlarda çalışan neftçilər cari ilin yanvar-fevral aylarında faktiki olaraq, 150,7 min ton, yəni nəzərdə tutulandan 28 min ton artıq neft çıxarmaqla, iki aylıq öhdəliyə 122,8 faiz əməl etmişlər.