REGİONLAR
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARI TƏRƏFİNDƏN VƏTƏNDAŞLARA AYRILMIŞ BAĞ TORPAQ SAHƏLƏRİ ƏVƏZSİZ OLARAQ ONLARIN MÜLKİYYƏTİNƏ VERİLƏCƏKDİR
Milli Məclisin aqrar siyasət daimi komissiyasının yanvarın 22-də keçirilmiş iclasında bununla yanaşı, komissiyanın yaz sessiyası üçün iş planı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, eləcə də, “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar “Toxumçuluq haqqında” və “Baytarlıq haqqında” qanunlara əlavələrin və dəyişikliklərin edilməsi barədə” qanun layihələrinə baxılmışdır.
Komissiyanın sədri Eldar İbrahimov demişdir ki, yaz sessiyası dövründə “Ekoloji kənd təsərrüfatı haqqında” qanun layihəsi hazırlanaraq parlamentin müzakirəsinə çıxarılacaq, eləcə də bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər ediləcəkdir.
Müzakirələr zamanı bildirilmişdir ki, qanunlara edilən dəyişikliklər bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara bağ sahələri üçün ayrılmış torpaq sahələri ilə bağlı münasibətləri tənzimləyəcəkdir.