İQTİSADİYYAT


MÜZAKİRƏLƏR DUBAYDA DAVAM ETDİRİLƏCƏKDİR

Azərbaycan Respublkası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətləri arasnda “İkiqat vergiqoymanın aradan qaldırılması haqqında” Konvensiya və “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Saziş layihələrinin müzakirəsi bu ilin sentyabrında Dubayda davam etdiriləcəkdir.

Vergilər Nazirliyindən AZƏRTAC-ın müxbirinə məlumat vermişlər ki, Birləşmiş Ərəb Əmirliklərinin ekspertlərinin bu günlərdə Bakıya səfəri zamanı bəzi məsələlər müsbət həllini tapmışdır. Ekspertlər ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına xidmət edəcək bu iki layihə ilə bağlı bəzi məsələləri bir daha razılaşdıracaq və sənədlər imzalanmaya təqdim olunacaqdır.

Ölkəmizin Xarici İşlər Nazirliyindən bildirmişlər ki, Azərbaycanla BƏƏ-i arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətt üzrə inkişaf edir və hər iki tərəf bundan maraqlıdır. Birləşmiş Ərəb Əmirliklərinin respublikamızın ərazi bütövlüyünü tanımasını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxmasını rəsmi Bakı yüksək qiymətlənidirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.