MÜZAKİRƏLƏR DUBAYDA DAVAM ETDİRİLƏCƏKDİR
AzerTAg.az
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətləri arasında “İkiqat vergiqoymanın aradan qaldırılması haqqında” Konvensiya və “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Saziş layihələrinin müzakirəsi bu ilin sentyabrında Dubayda davam etdiriləcəkdir.
Vergilər Nazirliyindən müxbirimizə məlumat vermişlər ki, Birləşmiş Ərəb Əmirliklərinin ekspertlərinin bu günlərdə Bakıya səfəri zamanı bəzi məsələlər müsbət həllini tapmışdır. Ekspertlər ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına xidmət edəcək bu iki layihə ilə bağlı bəzi məsələləri bir daha razılaşdıracaq və sənədlər imzalanmaya təqdim olunacaqdır.
Ölkəmizin Xarici İşlər Nazirliyindən bildirmişlər ki, Azərbaycanla BƏƏ arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətt üzrə inkişaf edir və hər iki tərəf bunda maraqlıdır. Birləşmiş Ərəb Əmirliklərinin respublikamızın ərazi bütövlüyünü tanımasını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxmasını rəsmi Bakı yüksək qiymətləndirir.
Xəbərin mətnində orfoqrafik səhv var