ELM VƏ TƏHSİL


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı iş yerlərinə sənədlərin qəbulunu elan edir

Bakı, 14 iyun, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı müsabiqədə iştirak etmək üçün aşağıda qeyd olunan iş yerlərinə sənədlərin qəbulunu elan edir:

Tədris-metodiki şöbənin müdiri, (1 yer).

Dekan (filologiya fakültəsi, 1 yer).

Vəzifələri tutmaq üçün müsabiqədə ali təhsilli, elmi dərəcəsi və elmi adı olan, Azərbaycan və rus dillərini sərbəst bilən, tədris prosesinin təşkili və idarə olunması sahəsində ən azı 3 il və ya ali təhsil müəssisəsində tədris sahəsində ən azı 5 il iş stajı olan əməkdaşlar sənəd verə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• şəxsiyyəti təsdiq edən sənədin surəti

• CV

• ali təhsil haqqında sənədin surəti

• elmi dərəcəsi və elmi adı təsdiq edən sənədin surəti

Müsabiqədə iştirak etmək istəyənlər sənədləri 18 iyun 2018-ci il tarixindən 10 iyul 2018-ci il tarixi saat 17:00-dək [email protected]  elektron poçt ünvanına göndərməlidir.

Əlaqə telefonu: + 99412 598 93 28.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.