Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2018-2019-cu tədris ilində bu ali məktəbə daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan professor, mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri Yuri Sadovniçi MDU-nun Bakı filialının “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib. Bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Əvvəlcə burada üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri fəaliyyət göstərib, sonra psixologiya, iqtisad və fizika fakültələri açılıb. Təhsil bakalavr və magistr pillələrində aparılır. “M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə 2012-ci ildə çox gözəl kampus inşa edilib və tələbələr üçün burada hər cür şərait yaradılıb. Kampusda çox zəngin kitabxana, müasir laboratoriyalar var, tələbələr geniş auditoriyalarda dərs keçirlər, burada yataqxanalar, idman meydançaları var. Fənləri əsasən MDU-nun professor və müəllimləri tədris edirlər. Tələbələr sonda Moskva məzunlarının aldıqları diplomdan heç nə ilə fərqlənməyən diploma sahib olurlar”, - deyən Y.Sadovniçi filialda oxumağın çətin olduğunu, lakin bu çətinliyin tələbələrin gələcəyinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. O deyib: “Praktika göstərir ki, məzunlarımızın işə düzəlmək problemi olmur. Onlar sonra bizə təşəkkür də edirlər”.

Qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, bu barədə bütün məlumat filialın http://msu.az/ saytında yerləşdirilib. Əgər məlumat kifayət etməzsə, http://www.msu.ru/ saytına, habelə filialın [email protected] elektron ünvanına müraciət etmək olar. Bu il filial bakalavr və magistr proqramı üzrə qəbul keçirir. Filologiya fakültəsinin bazasında “Rus dili və ədəbiyyatı” və “Xarici filologiya” (fransız, ispan) bölmələri fəaliyyət göstərir. İqtisadiyyat fakültəsində iqtisadiyyat və menecment bölmələri var. Bütün fakültələrə plan 25 nəfər, filologiyada isə rus dili və ədəbiyyatı, fransız və ispan dili və ədəbiyyatı ixtisaslarına ayrı-ayrılıqda 10 nəfər olmaqla, ümumilikdə 30 nəfərdir. Magistraturaya qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, psixologiya və iqtisadiyyat fakültələri üzrə aparılır. Filialda qəbul imtahanları və təhsil rus dilindədir. Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün təhsil pulsuzdur. Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən birinci (yaz) imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə 300 və ya daha çox bal toplamaq tələb olunur.

Denis İlyutko diqqətə çatdırıb ki, qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza (ERİ) – FİN kod əsasında verilə bilər. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında http://dim.gov.az/ doldurula bilər. Ərizələri yalnız bir fakültəyə vermək olar. Lakin iqtisadiyyat və filologiya fakültələrində iki istiqamət olduğundan, hər iki istiqamətə vermək olar. Filiala qəbul MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən aparılır. Filialda təhsil rus dilindədir. Azərbaycan vətəndaşları, ali təhsili olanlar istisna edilməklə, büdcə hesabına (ödənişsiz) təhsil alırlar. Əcnəbi vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, habelə ali təhsilli Azərbaycan vətəndaşları üçün təhsil pulludur.

MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, fizika fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Aleksandr Saletski diqqətə çatdırıb ki, fizika təcrübi elm olduğundan təhsil prosesində bu məsələyə böyük diqqət verilir. “Əgər MDU-nun Bakı filialı dünyanın ən yaxşı 100 universiteti sırasında yer alırsa, fizika fakültəsinə görə 30 universitet sırasına daxildir. Filialda olan ən müasir avadanlıq dünyanın bir çox ali məktəbində yoxdur”, - deyə A.Saletski vurğulayıb.

Psixologiya fakültəsinin dekan müavini, psixologiya elmləri doktoru Valentina Barabanşikova müasir dövrdə həyatın müxtəlif sahələrində psixoloqa ehtiyac yarandığını vurğulayıb, bu baxımdan Bakıda da psixoloji mərkəzlərin açıldığını diqqətə çatdırıb. Bildirib ki, fakültənin tələbələri Moskvaya diplom praktikasına gedəcəklər.

Qeyd edək ki, psixologiya fakültəsində fundamental təhsilin əsasını ümumi psixologiya, şəxsiyyətin psixologiyası, psixologiyanın tarixi, eksperimental psixologiya, diferensial psixologiya, psixodiaqnostikanın əsasları, psixoloji praktikum kursları təşkil edir.

Kimya elmləri doktoru, üzvi kimya kafedrasının professoru, kimya fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Sergey Karlov Azərbaycanın zəngin təbii ehtiyatlarının kimya sənayesinin, eləcə də kimya elminin inkişafını tələb etdiyini söyləyib. Vurğulayıb ki, ölkə rəhbərliyi müvafiq sahələrin inkişafı üçün hər cür şərait yaradıb. “Filialda 15-dən çox kimya laboratoriyası var. Bakalavr təhsilində tələbələr üç il ümumi fənləri, dördüncü il ixtisas fənlərini öyrənirlər. Əlbəttə ki, yaxşı oxuyanlar diplom işinə görə Moskvaya gedirlər. Məzunlarımızın bir hissəsi Azərbaycanda nüfuzlu şirkətlərdə, dövlət strukturlarında işləyir, bir hissəsi isə təkcə MDU-da aspiranturada deyil, həm də xaricdə təhsillərini davam edirlər”, - deyə S.Karlov qeyd edib.

Tətbiqi riyaziyyat fakültəsindən Sergey Qaşkov riyaziyyatın elmlərin ən yaxşısı olduğunu maraqlı faktlarla diqqətə satdırıb. “Pifaqor hesab edirdi ki, dünyanı ədədlər idarə edir”, - deyən S.Qaşkov elm-texnikanın inkişafında riyazi hesablamaların, riyaziyyatın tətbiq edilməsinin əhəmiyyətindən söz açıb. O deyib: “İnsanların istifadə etdikləri smartfonlar çox asanlıqla bir neçə cihazı əvəz edir. Bu, həm kompüter, həm televizor, həm diktofon, həm telefondur. Səbəb bütün informasiyanın işlənməsində rəqəmsallığa keçilməsidir. Yaxud telefonun işi, funksiyalarının reallaşdırılması alqoritmə əsaslanır. Burada kodlaşdırma alqoritmindən istifadə edilir. Pul hesablaşmaları bank kartları ilə aparılır. Burada da rəqəm mikrosxemi var. Eləcə də şifrələmədə riyaziyyatdan istifadə edilir”.

Filologiya elmləri doktoru, german və kelt filologiyası kafedrasının professoru Nataliya Qanina filologiya fakültəsinin filialın yaradıldığı vaxtdan fəaliyyət göstərdiyini diqqətə çatdırıb və bunun da söz sənətinə yüksək qiymət verən Azərbaycan üçün səciyyəvi olduğunu bildirib. Qeyd edib ki, tədris planına iki tədris təcrübəsi- folklor, dialektoloji, istehsalat (pedaqoji), habelə bir qayda olaraq Moskvada keçirilən diplomdan əvvəlki təcrübə daxildir. “Roman-german” filologiyası filiallar arasında məhz Bakıda yaradılıb. Növbəti tədris ilindən isə burada ispan və fransız ədəbiyyatı ixtisası tədris ediləcək. Vurğulayıb ki, həm rusistlərin, həm də xarici filologiyanı tədris edən professor-müəllim heyətinin böyük təcrübəsi var. Fakültənin beynəlxalq əlaqələri də genişdir. Bu sırada Oksford universitetini qeyd etmək yerinə düşər. Bu, filialın rektoru akademik Nərgiz Paşayevanın böyük zəhmətinin sayəsindədir.

İqtisad elmləri namizədi, iqtisad fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Ceyhun Hüseynov diqqətə çatdırıb ki, fakültə filialda nisbətən yeni olsa da, məzunlarının iş problemi olmayıb. Onların bir qismi isə təhsillərini magistraturada davam etdirir. Ceyhun Hüseynov iqtisad elmlərinə tələbatdan danışıb, fakültədə fundamental tədris aparıldığını vurğulayıb, bakalavr və magistratura təhsili haqqında ətraflı məlumat verib.

Çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Sonra tədbir iştirakçılarına xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.

Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub