Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bütün kollektivi adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını milli bayramınız – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edim.

Bu gün milyonlarla insanın qəlbini Vətəninə qürur və məhəbbət hissi ilə coşduran, ölkənin indisinə və gələcəyinə xüsusi hörmət mənası daşıyan gündür. Siz Azərbaycan Respublikasının Prezidenti olaraq bundan sonra da sosial-iqtisadi tərəqqiyə daim can atan, böyük imkanlar və yeni perspektivlər açan güclü dövlətin çoxtərəfli inkişafına töhfə verirsiniz.

Bu xoş fürsətdən istifadə edərək, əməkdaşlığımıza diqqətli və səmimi münasibətinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Moskva Universitetinin Bakı filialı bütün fəaliyyəti dövründə elmin və təhsilin, dövlətlərimiz arasında sülhün və harmoniyanın inkişafına uğurla xidmət edir.

Möhtərəm İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

 
Viktor Sadovniçi
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin