REGİONLAR


Maarifləndirici tədbirdə narkomaniyanın fəsadlarından danışılıb

Ağcabədi, 18 may, AZƏRTAC

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda növbəti maarifləndirmə tədbiri 7 nömrəli tam orta məktəbdə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb, “ağ ölüm”ün qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə yaratdığını və narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən video-çarx göstərilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.