SİYASƏT


Macar-Azərbaycan Dostluq Cəmiyyəti Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd hesab edir

Bakı, 27 dekabr (AZƏRTAC). Macar-Azərbaycan Dostluq Cəmiyyəti Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd hesab edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Macar-Azərbaycan Dostluq Cəmiyyəti bu ədalətsiz qərar ilə bağlı Fransa parlamenti və bu ölkənin Macarıstandakı səfirliyinə müraciətlər ünvanlamışdır. “100 il əvvəl baş vermiş və təsdiqini tapmamış hadisələrə görə bütöv bir xalqın ittiham olunmasını, çoxəsrlik demokratiya ənənələri olan Fransaya yaraşdırmırıq”, - deyə müraciətlərdə vurğulanmışdır.

Müraciətlərdə qeyd olunmuşdur ki, uydurulmuş “tarixi fakt”ların tanınması və qanun kimi qəbul olunması insanların öz fikirlərini sərbəst ifadə etmək azadlığını kobud surətdə pozmaq deməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.