DÜNYA
Macar mineral suyu populyarlaşır
Budapeşt, 5 iyul, AZƏRTAC
Macarıstan sakinlərinin fikrincə, ən yaxşı mineral su bu ölkənin suyudur. Bu mənada, həqiqətən çox vətənpərvər olan macarlar marketlərdə yalnız yerli məhsul olan “Mije” və “Kekkut” mineral sularını alırlar.
AZƏRTAC xəbər verir ki, bu markalardan olan mineral suların satışı əvvəlki illərlə müqayisədə xeyli artıb. Lakin yerli mineral su bazarı qeyri-müəyyənliklərlə bağlı çoxsaylı çətinliklərlə üzləşir, çünki pandemiyanın nəticələri və Ukrayna hadisələri ucbatından istehsal xərcləri artır.
Bununla belə, mineral su istehsalçıları yerli istehsalçılara ümid edilər, sonuncular da bu ümidi doğruldur. Yaşı 18 və daha yuxarı olan sakinlər arasında aparılmış milli onlayn sorğu bu fikri təsdiq edib. Sorğu nəticəsində məlum olub ki, macarlar mineral su seçərkən ilk növbədə onun yerli məhsul olmasını əsas götürürlər. Respondentlərin 40 faizi bildirib ki, onlar yalnız macar məhsulu olan mineral suları alırlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt