DÜNYA


Macarıstan Avropa İttifaqı məkanında polisin ən az olduğu ölkədir

Budapeşt, 16 fevral, AZƏRTAC

Hazırda Macarıstanda polislərin sayının ölkə əhalisinin sayına nisbəti ən aşağı səviyyədədir. AZƏRTAC Avropa Komissiyasının “Eurostat” rəsmi statistika agentliyinin məlumatına istinadla xəbər verir ki, bu nisbət Avropa İttifaqı (Aİ) ölkələri arasında orta həddin üçdəbirindən də azdır.

2015-ci ildə Macarıstanda ölkə əhalisinin hər 100 min nəfərinə 90 polis düşürdü. Bu, say hətta Aİ-yə üzv şimal ölkələrindən - Finlandiyadan daha azdır (2016-cı ildə 137), üçüncü yerdə olan Danimarkadan (186) və bu siyahıda dördüncü yerdə qərarlaşan İsveçdən (203) iki dəfə azdır. Ölkə əhalisi ilə polisin sayı arasında ən böyük nisbət 2016-cı ildə Kiprdə qeydə alınıb – hər 100 min nəfərə 573 asayiş keşikçisi.

Məruzədə, həmçinin qeyd olunur ki, 2016-cı ildə Aİ-də ümumilikdə 1,6 milyon polis qeydə alınıb. Bu, 2009-cu ildəkindən 3,4 faiz azdır. Aİ ölkələri üzrə orta göstəriciyə görə hər 100 min nəfərə 318 polis düşür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.