İDMAN


Macarıstan-Azərbaycan: UEFA azarkeşlərin irqçi davranışları səbəbindən ev sahiblərini boş tribunalarla cəzalandırıb VİDEO

Budapeşt, 8 oktyabr, AZƏRTAC 

Futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 13-də keçiriləcək Macarıstan və Azərbaycan yığma komandaları arasından matç zamanı Budapeştin “Groupama Arena” stadionunda tribunalar boş olacaq.

AZƏRTAC Macarıstan Milli Futbol Federasiyasının təşkil etdiyi mətbuat konfransından xəbər verir ki, bu barədə UEFA-nın intizam komissiyasında müvafiq qərar qəbul edilib. Qərara görə, macar azarkeşlərin Slovakiya yığması ilə bu yaxınlarda keçirilmiş matçda irqçi davranışları səbəbindən Macarıstan yığması cəzalandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.