SİYASƏT


Macarıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə töhfə verən dövlətlər sırasındadır

Budapeşt, 14 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin aprelin 13-də Bakıda ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səsləndirdiyi fikirlər Azərbaycanın Vətən müharibəsində əldə etdiyi nailiyyətləri sülhə çevirmək, həmçinin qazanılmış hərbi qələbəni regionda sabitliyin və rifahın təmin olunması kimi nəcib məqsədlərə çevirməyə sadiqliyini nümayiş etdirdi.

Bu fikirləri Macarıstanın ingilis dilində yayımlanan “Daily News Hungary” internet resursunun yaradıcısı Alpar Kato AZƏRTAC-ın Budapeştdəki xüsusi müxbirinin suallarını cavablandırarkən deyib.

“Müharibə başa çatıb, işğal olunmuş ərazilər azad edilib, beynəlxalq hüquq bərpa edilib. Keçmiş məcburi köçkünlər artıq uzun müddətdir ki, həsrətini çəkdikləri ata-baba yurdlarına qayıtmağı planlaşdıra bilərlər. Ancaq bu, dağılmış şəhər və kəndlər bərpa olunana, minalanmış ərazilər tam təmizlənməyənə və təhlükəsizliyə tam zəmanət verilməyənədək mümkün olmayacaq. Hazırda yenidənqurma proqramı icra olunmaqdadır. Məmnunam ki, Macarıstan da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə töhfə verən dövlətlər sırasındadır”, - deyə o bildirib.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.