İQTİSADİYYAT


Macarıstan “Cənub Qaz Dəhlizi” layihəsində iştirakda maraqlıdır

Azərbaycanın energetika naziri Moskvada bir sıra görüşlər keçirib

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Moskvada bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto ilə görüşdə Cənub Qaz Dəhlizinin icra vəziyyəti, genişləndirilmə perspektivləri və növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması məsələləri müzakirə edilib.

P.Siyarto Macarıstanın gələcəkdə “Cənub Qaz Dəhlizi” layihəsində iştirakda maraqlı olduğunu diqqətə çatdırıb və iki ölkənin müvafiq nazirlikləri arasında dialoqun aparılmasının vacibliyini qeyd edib. Söhbət zamanı Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdaşlığın digər istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb.

Pərviz Şahbazov, həmçinin Monqolustanın energetika naziri Çerenpilin Davasurenlə də görüşüb. Nazir Monqolustanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlikdən Azərbaycanın xeyrinə imtina etdiyinə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında enerji sektorunda, xüsusilə neft-qaz sahəsində geoloji kəşfiyyat işləri üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Monqolustan tələbələrinin Azərbaycanın müvafiq ali məktəblərində neft-qaz ixtisası üzrə təhsil imkanları nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.