DÜNYA


Macarıstan Parlamenti dünyanın ən gözəl görməli yerlərinin ilk onluğundadır

Budapeşt, 18 aprel, AZƏRTAC

Budapeşt parlamenti dünyanın turizm baxımından ən yaxşı görməli yerlərinin onluğuna daxil edilib.

AZƏRTAC xəbər verir ki, bunu “Stasher” qlobal turizm şəbəkəsinin apardığı və yekunları https://stasher.com/best-tourist-attractions saytında dərc olunmuş tədqiqatlar göstərir.

Reytinq tərtib edilərkən “TripAdvisor” icmallarından tutmuş təhlükəsizliyə qədər müxtəlif amillər nəzərə alınıb.

“Stasher” turizm baxımından 99 görməli yerdən ibarət siyahı tərtib edib. Bu siyahıda Budapeşt parlamentinin binası 9-cu yerdə qeyd edilib. Bu yeri onunla ABŞ-dakı Qreyt-Smoki-Mauntis parkı bölüşür. Tədqiqatların nəticəsinə görə, “Plaza de Espana” turizm baxımından dünyada ən yaxşı görməli yer hesab edilib. Alp dağlarındakı populyar alpinizm obyekti olan Matterhorn zirvəsi siyahıda ikinci, Fransanın “Puy du Fou” tematik parkı isə üçüncü yerdədir. Onluğu Hollividin “Şöhrət Xiyabanı” tamamlayır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.