Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Macarıstan Respublikasının Prezidenti Yanoş Aderdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və and içməyiniz münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırım.

İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə daim inkişaf etməsi mənə böyük məmnunluq hissi verir. Ümid edirəm ki, əlaqələrimiz daha da dərinləşəcək, ölkələrimizin ümumi maraqlarına və xalqlarımızın rifahına yaxşı xidmət göstərəcəkdir.

Sizə ali dövləti vəzifənizdə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Səmimiyyətlə,

 

Yanoş Ader

Macarıstan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin