Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Macarıstan Respublikasının Prezidenti Yanoş Aderdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi bildirim.

Azərbaycan iqtisadi və sosial inkişafda əhəmiyyətli nəticələr əldə etmişdir və bu gün geniş bir regionda aparıcı ölkələrdən birinə çevrilmişdir. Bu inkişafın daimi olmasını arzulayıram. Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqdir.

Əlamətdar bayram münasibətilə Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

Yanoş Ader

Macarıstan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin